Montessori
Center of Baku
since 2009
Sual verin Online cavab veririk
+994 55 774 71 41
Hər zaman 7/24 əlaqə
Sahil m/st, Gənc tamaşaçı teatrı ilə üz bə üz
Nizami m/st, Balababa Məcidov 22a
Toddler qrupu (15 aydan 3 yaşa qədər)
Bu qrupa artıq özünü etibarlı apararaq gəzə bilən, iki əllə materialları daşıya bilən uşaqlar qəbul olunur
QRUPLAR
Toddler qrupunda məşğələlər necə keçirilir?
Qrupda müxtəlif yaşda olan uşaqlar valideynsiz iştirak edir, sinifdə maksimum 12 uşaq olur.
1 Montessori pedaqoqu və 3 assistent işləyir.
Uşaq dərslərdə müstəqil məşğul olur. İlk məşğələlərdə adaptasiya prosesi zamanı valideynlər müəllimlə razılaşaraq uşağın ümumi fəaliyyətə tədricən qoşulmasına kömək edə bilərlər.
Uşaqlar məşğələni öz maraqlarına uyğun seçirlər.
Pedaqoqun vəzifəsi – 3-5 dəqiqəlik qısa təqdimat göstərmək (çünki bu yaşda uşaqlar daha uzun müddət diqqəti saxlaya bilmirlər), material və alətlərdən düzgün və təhlükəsiz istifadəni öyrətməkdir.
Toddler qrupunun əsas məqsədləri:
Müstəqillik
Uşaqlar özlərinə və ətraf mühitə qayğı göstərməyi, geyinib-soyunmağı, tualetdən istifadəni, yemək hazırlamağı öyrənir, məmnuniyyətlə başqalarına kömək edirlər, böyüklərlə ünsiyyət qururlar.
Düzgün nitq
Söz ehtiyatını artırır, ünsiyyət zamanı nitqi inkişaf etdirirlər. Heyvan, quş, mebel fiqurları və kartlarla işləyir, incə və iri motorikanı inkişaf etdirən məşğələlər edirlər, kitab və pazllardan istifadə edirlər.
Özünüifadə
Öz ehtiyaclarını daha yaxşı anlamaq, musiqi və incəsənət vasitəsilə özünü ifadə etmək, şəxsi sərhədlərə hörmət, razılaşma, qayda və diqqət hissini inkişaf etdirmək
Casa qrupu ( 3 - 6 yaş )
Bu qrupa 2,5 yaşdan yuxarı uşaqlar qəbul olunur, lakin bunun üçün müəyyən bacarıqlara sahib olmalıdırlar: şifahi nitq, özünəxidmət vərdişləri, valideynlərlə sakit şəkildə ayrılma bacarığı.
Casa qrupunda məşğələlər necə keçirilir?
Bu qrupa 2,5 yaşdan yuxarı uşaqlar qəbul olunur, lakin bunun üçün müəyyən bacarıqlara sahib olmalıdırlar: şifahi nitq, özünəxidmət vərdişləri, valideynlərlə sakit şəkildə ayrılma bacarığı.
Sinifdə maksimum 15 uşaq olur, 1 Montessori pedaqoqu və 3 assistent fəaliyyət göstərir.
Materiallardan istifadə xüsusi ardıcıllıqla öyrədilir. İlk dəfə bu mühitə gələn uşaq əvvəlcə sadə materiallara maraq göstərir, çünki onlar yazı, oxu və riyaziyyat kimi mürəkkəb bacarıqlar üçün hazırlıq mərhələsidir.
Casa qrupunun əsas məqsədləri:
Həyata hazırlıq
Uşağın funksional müstəqillik və özünə nəzarət bacarığını əldə etməsi, həmyaşıdlar və böyüklərlə konstruktiv ünsiyyət qurmağı öyrənməsi. Mədəniyyətin əsasları, ətraf aləmin dərk olunması.
Məktəbə hazırlıq
Riyazi düşüncə, riyaziyyatın əsaslarını öyrənmək, nitqin inkişafı, oxu və yazı.
Yaradıcılıq qabiliyyətlərinin inkişafı, musiqi, sensor bacarıqların inkişafı.
Sosial inkişaf
Pedaqoq uşağın ehtiyaclarına əsaslanır, maraqlarını öyrənir və imkanlarını genişləndirir. Özünə hörmət, sosiallaşma, ünsiyyət və cəmiyyət içində davranış vərdişlərinin formalaşması.
Qruplarda məşğələlərin formatı
Niyə məhz bizim mərkəz?
Mərkəzlərimizin müəllimləri Montessori təhsili almış və daima öz ixtisaslarını artırırlar.
Bizimlə pulsuz ekskursiya və tanışlığa yazılın, bonus olaraq sizə uşağınızın inkişaf səviyyəsini göstərən mini-xarakteristika təqdim ediləcək
Montessori
Center of Baku
since 2009
Sual verin Online cavab veririk
+994 55 774 71 41
Hər zaman 7/24 əlaqə
Sahil m/st, Gənc tamaşaçı teatrı ilə üz bə üz
Nizami m/st, Balababa Məcidov 22a