1909-cu ildə Mariya Montessori ilk beynəlxalq tədris seminarını keçirir; seminarda təxminən yüz müəllim — İtaliya, Fransa, İspaniya və İngiltərədən iştirak edir. O, “Elmi pedaqogika metodu, uşaq evində kiçik uşaqların tərbiyəsinə tətbiq olunmuş” adlı kitabını nəşr edir.
1929-cu ildə oğlu Mario Montessori ilə birlikdə bu gün də fəaliyyət göstərən Beynəlxalq Montessori Assosiasiyasını (AMI) təşkil edir.
Sülh uğrunda fəal mübarizəyə görə Mariya Montessori 1949, 1950 və 1951-ci illərdə üç dəfə Nobel Sülh Mükafatına namizəd göstərilmişdir.
Montessori oğluyla birlikdə 7 il Hindistanda keçirir. O, Madras, Karaçi və digər şəhərlərdə mühazirələr oxuyur, daha sonra isə Kodai Kanalında öz məktəbini açır.