Todler. 1,5 — 3 yaş

Home » Todler. 1,5 — 3 yaş
Ru En

Todler

Məktəbəqədər təhsil

1.5-3 yaş qrupu

Todler qrupu 1.5-3 yaş uşaqlar üçün olan qrup Toddler adlanır: inamla gəzə bilən, hər iki əli ilə materialları müvəffəqiyyətlə daşımağı bacaran uşaqları qəbul edir. Qrupa 10-12 uşaq, valideynsiz müxtəlif yaşda olan uşaqlar daxildir. Qrupda 1 Montessori müəllimi və 2 köməkçi işləyir. Birinçi 2-3 həftə adaptasiya periodu keçir. Uşaq sinifdə heçkimdən asılı olmamağı və müstəqiliyi oyrənir. Marağına qörə vəsait seçir, müəlimə ya asistent kiçik təqdimat verir və qırağa çekinir, uşaq isə manipulyativ şəkildə sərbəst şəraitdə işləyir.
Bütün dərslər uşağın ahəngdar inkişafına, o cümlədən nitqin, hərəkətin, təfəkkürün formalaşmasına, müstəqillik və sosiallaşmanın, ünsiyyətin və müstəqilliyin mühüm bacarıqlarını mənimsəməyə yönəldilmişdir.
18 aydan 3 yaşa qədər olan ümumi inkişaf tələbatlarını qarşılamaq üçündür. Bu yaşda olan uşaqlarda nizam hissi inkişaf edir. Öz fəaliyyətini idarə etmək üçün böyük bir istək yaranır. Bunu nəzərə alaraq, uşaqların fiziki və psixolojı səviyəsinə uyğun faydalı Montessori mühiti yaradıldı. Mebel və materiallar elə seçilir ki, uşaqlar müstəqil hərəkətə keçsinlər. Burada özünə xidmət, ətraf mühitə qulluq etmək, Kulinariya məşqləri, kiçik mebelləri daşımaq, nəzakətli və xoşrəftar olmaq öyrədilir.
Çohlu sayda Praktik Həyat məşqləri keçirilir burada: çiçək sulamaq, taxta və şüşə cilalamaq, qab qacaq yumaq, sadə sok və sendviç düzəltmək. Bu fəaliyyətlərin hər biri uşaqın böyük və kiçik motorikasını mükəlləşdirmək, qaydaları bilmək, diqqətini artırmağ üçün hazırlanıb. İş zamanı üşaqda xüsusi inam, özünə qüvən hisslərini inkişaf etməsinə imkan verir. Burada balacalar bir birilə ünsiyət sahlamağı da öyrənirlər. Uşağın söz ehtiyyatı qenişlənir, kiçik cəmiyətin qaydalarını öyrənir, sosiallaşma prosesı keçir. 3 yaşa qədər demək olar lazım olan baza hüsusiyyətlər formalaşır, uşaq artıq intellektual sinifə keçə bilər.

Dərslərin məqsədi

01.

Özünə qayğı

Müstəqil geyinmək və soyunmaq, Saçına qulluq etmək, burunu silmək, sadə kulinariya yeməkləri hazırlamaq, əllərin yuyulması, düymə açıb bağlamaq, masa arxasında özü üçün süfrə açmaq və s.

02.

Ətraf mühitə qayğı göstərmək.

Masa dəstlərindən və qablardan istifadə etmək, döşəməni süpürmək, tozu silmək, qabları yuyub yerinə qoymaq, bitkilərə su vermək, kağızdan, fırçadan, parçadan istifadə etmək, metal, ağac, güzgü cilalamaq və s.

03.

Nitq inkişafı

Söz ehtiyyatının genişlənməsi. Kiçik cümlə qurmaq, söz bazasını zənginləşdirmək. Sadə fikri çatdırmaq.

04.

Kiçik matorika

Əl və barmaq hərəkətlərinin çevikliyi.

Zəngin duyğuları ilə hissləri inkişaf edir.

05.

Mətbəxt

Tərəvəzlərin təmizlənməsi.

Meyvədən sok çəkmək, sadə sendviç düzəltmək, ilk masa açmaq qaydaları bilmək.

06.

Nəzakət

Biz nəzakətli davranmağı öyrətmirik, özümüz mehriban davranırıq və uşaqlar bizə bahıb nümunəni təkrarlayırlar.

Toddler

1.5 — 3 Yaşında

Nizami metrosunun yanindaki mərkəz

Bazar ertəsiç, Çərşənbə, Cümə.
Həftədə 3 gün.
16.00-18.00

Çərşənbə axşamı Cümə axşamı Şənbə.
Həftədə 3 gün.
10.00-12.00
290 Manat aylıq.

Göy Məscid yanindaki mərkəz

Bazar ertəsiç, Çərşənbə, Cümə.
Həftədə 3 gün.
10.00-12.00

Çərşənbə axşamı Cümə axşamı Şənbə.
Həftədə 3 gün.
10.00-12.00
290 Manat aylıq.

Sahil metrosunun yanindaki mərkəz

Bazar ertəsiç, Çərşənbə, Cümə.
Həftədə 3 gün.
10.00-12.00

Çərşənbə axşamı Cümə axşamı Şənbə.
Həftədə 3 gün.
Grup 1: 10.00-12.00
Grup 2: 16.00-18.00
290 Manat aylıq.