Montessori Validein

Home » Montessori Validein

Valideynlər...

Valideyninin 7 Əsas Qaydasi.

Montessori Valideyninin 7 Əsas Qaydasi.

Montessori uşağın özü özünü təkmilləşdirdiyinə (qurduğuna) inanırdı.Böyüklərin vəzifəsi yalnız bu inkişafda onlara kömək etməkdir.Montessori valideynləri,metodun xüsusiyyətlərini və əsas qaydalarını bilirlər.

1.Ənənəvi valideynlər uşağını böyütmək üçün çalışırlar.Montessori valideynləri isə tərbiyə vermir,montessori tərbiyəsinin “həyata köməkçi” olduğunu bilirlər.Valideyn öz nümunəsilə və uşağa olan inancıyla ona kömək edir.
2.Ənənəvi valideynlər öz uşaqlarını layiqli və uğurlu insan olaraq böyütmək istəyirlər.Onlar uşağın hər şeyi düzgün etdiyinə şübhə edirlər və narahat olurlar.Buna görə də uşaqları başqaları ilə müqayisə edirlər.Montessori valideynləri isə övladının dünyaya gəldiyi andan onun bənzərsiz bir insan olduğunu bilirlər.Uşaqla isti və yaxın əlaqə qurur və heç kimlə müqayisə etməz.Uğurun uşağın yalnız özü ilə müqayisə oluna biləcəyini bilir.Məs:”Bugün səndə dünəndən daha yaxşı alındı” Uşağın doğuşdan bəri olan potensialının ortaya çıxmasına kömək etmək üçün hər şey edir.
3. Ənənəvi valideynlər hər şeyi uşaq üçün etməyə çalışırlar.Bu onlar üçün daha sürətli, daha yaxşıdır və daha az təmizləməkdir.Montessori valideynləri həmişə xatırlayırlar ki, montessori metodunun əsas prinsipi “özüm etməyimə kömək et”dir.Erkən yaşlardan körpəsində müstəqilliyin inkişafına kömək edir.Yalnız kömək etmək istədikdə kömək etməyə gəlir.Montessori valideyni heç vaxt uşaq üçün onun əvəzindən heç nə eləməz.
4.Ənənəvi valideynlər uşaqlarını problemlərdən qoruyur.Özləri səhvlərdən qorxurlar və uşağın səhvlərinin göstərirlər,bununla ona kömək etdiyinə inanırlar.Montessori valideyni isə uşağın səhv etməsinə icazə verir.Heç vaxt səhvləri göstərmirlər,ancaq uşağın özünün onları düzətməsi üçün mümkün olan hər şeyi edirlər.Uşağa səhvlərdən qorxmamağı və əksinə sevinməyi öyrədirlər,çünki onun vasitəsilə yeni bir şeyə çata bilərlər.Valideynlər səhvlərin uşağın öyrənməsinə və irəliləməsinə kömək etdiyini bilirlər.
5. Ənənəvi valideynlər uşağın pis davranışının səbəblərini nə anlamağa çalışmırlar,nə də kömək etmirlər.Onlar tərbiyənin ən təsirli vasitəsinin cəza olduğuna inanırlar və hesab edirlər ki,bu yol onlara kömək edəcəkdir.Montessori valideynləri uşağın cəzasız böyütməyin mümkün və lazımlı olduğunu bilirlər.Cəza yerinə hər zaman uşağa emosional dəstək olurlar.
6. Ənənəvi analar hər zaman uşağını başqaları ilə müqayisə edərək qiymətləndirmə tətbiq edir.Onlar çox vaxt “əla,nə yaxşı sən bunu 5lik etdin” Montessori analar dəyər ifadələrini istifadə etməməyə çalışırlar.Onlar tərkibində emosional ifdələr keçən cümlələr qururlar:”Səndə necə də gözəl alındı.Mən sənə inanıram” və s.
7. Ənənəvi atalar və analar uşaqlarına mümkün qədər çox oyuncaq,kitablar,oyunlar verməyə çalışırlar.Montessori valideyni uşağın inkişafının ən vacib göstəricisinin onu əhatə edən mühit olduğunu bilirlər.Uşağın marağına və yaşına uyğun mühit yaratmağa çalışır.Oranı sadə,lakonik,gözəl,rahat və funksional edir.

Ən yaxın və ən əziz insanlara - valideynlərimə...
Məktub.

1.Mən sizinlə səmimi danışmaq istəyirəm.Zəhmət olmasa məni diqqətlə dinləyin.

2.Məni ərköyün etməyin,bununla məni korlayırsız.İstədiyim hər şeylə məni təmin etmək lazım deyil.

3.İstəklərimlə nə qədər uzağa gedəcəyimi yoxlamaq istəyirəm.

4.Mənə qarşı tələblərdə sərt olmaqdan qorxmayın.Bu yanaşma mənə öyrətmək istədiyiniz qaydaları anlamağı asanlaşdıracaq.

5.Mənə qarşı münasibətdə gücünüzə güvənməyin.Bu mənə yalnız hesablaşmağın güclə alınacağına öyrədir.

6.Tuta bilməyəcəyiniz sözlər verməyin .Bu sizə olan inamımı zəiflərdir.

7.Ünvanınıza sərt sözlər işlədəndə üzülməyin.Hətta “səndən nifrət edirəm” desəmdə bu o deməkdir ki, istəyirəmki siz etdiyiniz əməldən peşman olasız.

8.Məni yaşımdan kiçik hiss etməyimə məcbur etməyin.Ağlağan və mırıldayan uşaq olduğumu görəndə peşman olacaqsınız

9.Mənim üçün edəbiləcəyim şeyləri etməyin.Sizdən xidmətçi kimi istifadə etməyi öyrənə bilərəm.

10.Tanımadığım insanların yanında səhvlərimi düzəltməyə çalışmayın.Səhvlərimi sakitcə və üzbəüz deyəndə daha diqqətli oluram.

11.Münaqişənin içərisində mənim davranışımı müzakirə etməyə çalışmayın.Bu zaman mənim eşitməm dayanır və sizinlə əməkdaşlıq eləməyə istəyim azalır.Yaxşı olar ki,biz sonra bu haqda danışaq.

12.Göstərişlərdən və işarələrdən istifadə etməyin.Əksər hallarda mən nəyin yaxşı nəyin pis olduğunu yaxşı bilirəm.

13.Səhvlərimin düzəlməz olduğunu mənə hiss etdirməyin.Səhv etməyi öyrənməliyəm və heç nəyə yaramadığımı hiss etməməliyəm.

14.Mənə qışqırmayın.Əgər bunu etsəniz kar kimi davranaraq özümü müdafiə etməli olacağam.

15.Dürüstlüyümü çox sınamayın.Küncə sıxışdırılanda asanlıqla yalançıya çevrilə bilərəm

16.Təcrübə etməyi sevdiyimi unutmayın.Bu yolla mən dünyanı tanıyıram.Xahiş edirəm bununla barışın.

17.Məni səhvlərimin nəticələrindən qorumayın.

Öz təcrübəmdən öyrənirəm.

18.Mənim kiçik xəstəliklərimə çox  fikir verməyin.Diqqətinizi mənə yönəltmək üçün kiçik narahatçılıqlarımdan istifadə etməyi öyrənə bilərəm.

19.Suallar verəndə məndən yaxa qurtarmağa çalışmayın.Onlara cavab verməsəniz,sizə sual verməyi tamamilə dayandıracam və başqa tərəfdə cavab axtarcağımı gprəcəksiniz.

20.Özünüzün mükəmməl və məsum olduğunuza heç vaxt işarə belə etməyin.Bu mənim sizinlə müqayisənin faydasız olduğuna inanmağa gətirib çıxardır.

21.Birlikdə az vaxt keçirtdiyimiz üçün narahat olmayın.Onu necə keçirtdiyimiz önəmlidir.

22.Mənim qorxularım sizdə narahatçılıq yaratmasın.Əks halda mən daha çox qorxacam.Mənə cəsarətin nə olduğunu göstərin.

23.Unutmayın ki,diqqət və təşviq olmadan uğurla inkişaf edə bilmərəm.

24.Dostlarınıza necə davranırsızsa mənə də elə davranın.Onda məndə sizin dostunuz olaram.

25.Amma ən əsası sizi çox sevirəm,xahiş edirəm mənə eyni cavabı verəsiniz.

Dünyanın ən böyük möcüzəsinə sahib olduğunuzu unutmayın.O,möcüzə mənəm-Sizin uşağınız!