Montessori mərkəzindəki otaqda əşyalar gözəl və zövqlə düzülür.Otaqdakı mebel uşağın ölçüsünə uyğun olur,geyimi rahat götürə bilməsi üçün geyim qarmaqları yeteri qədər aşağıda yerləşir, göz səviyyəsində şəkillər və dərsliklər yerləşir,təhsil materialları əlçatan olmaq üçün kifayət qədər aşağıda olur.Otaqda harmoniya və estetika hökm sürməlidir.Bütün mebellər iynəyarpaqlı ağacdan hazırlanır,uşaqlar üçün ən cəlbedici rənglər istifadə olunur,bunlar mavi, sarı,çəhrayı,ağ,yaşıl rənglərin çalarlarıdır.