Montessori Muellim

Home » Montessori Muellim

Montessori müəllim

Müəllim hazırlanan mühitin bir hissəsidir

Montessori müəlliminin arzusu nədir?

Uşaqlarını qrupa gətirən valideynlər onlarla müttəfiq və həmfikir olsunlar...

Müəllim hazırlanan mühitin bir hissəsidir.Onu hazırlayır və inkişaf etdirir.Uşağın qabaqcıl inkişaf zonalarını təyin  edir və onu yeni material götürməyə dəvət edir.Lakin,son seçim uşaqda qalır.Müəllim uşağa yalnız həqiqətən köməyə ehtiyac olduqda kömək edir.Müəllimin vəzifəsi uşağa müdafiə və dəstəkləyici yardım göstərməkdir (tərif yox,təsdiq) Lazımi yardımı lazımi vaxtda uşağa verməyə hazır olan bir dost,müttəfiq olur.O, mühitlə uşaq arasında xeyirxah və maneəsiz rəhbərlik edir.Müəllimim vəzifəsi hər işi asanlaşdırmaq və izah etmək üçün materialın istifadəsi ilə bağlı təlimat verib,sonra isə bərpa etmək lazım olduqda enerji itkisinin qarşısını almaqdır.Buna görə müəllim intellektual inkişafda inamla və sürətlə irəliləməyi mümkün edən lazımi yardımı göstərir”-M.MONTESSORİ.

Müəllim uşağı diqqətli izləyib,ona addım atmağa və kömək etməyə və ya tam əksinə bir addım geri çəkilərək uşağa müstəqil fəaliyyətdən tam zövq almağa imkan verir.Unutmamalıyıq ki, dərslər toplusu xüsüsi bacarıqlara yiyələnməklə yanaşı ,həm də uşağa özünü kəşf etməyə kömək edir.Böyüklər uşaqlara özünə inam və öz problemlərini həll etmə qabiliyyətini aşılamağa kömək etmək üçün çağırılır.Montessori uşağın işdə səhv etməsinə baxmayaraq,özünü qınamaq hissinə yol verməməyi öyrədirdi.O,qeyd edirdi ki, müəllim uşağa səhv etdiyini deməməli,işini qiymətləndirməməli,başqaları ilə müqayisə etməməlidir.Ancaq,onun işini zehninə qeyd etməli ,səbəbini təhlil etməli və digər vaxtda təqdimatı yenidən təkrarlamalıdır.Biz başqa üsuldan istifadə edərək uşağa “olar mən təkrarlayım” deyərək məşqi yenidən göstərə bilərik.Montessori pedaqogikasının devizlərindən biri aşağıdakı sözlərdir: “ Hər şeyi ən yaxşı şəkildə etməyə çalış və səndə mütləq alınacaq”
Montessori müəllimi ilk növbədə müşahidəçi olmalıdır.Uşağın canının sıxılmaması üçün,hələ erkən olan məşqləri verməmək üçün hansı məşqlərin öhtəsindən gələ biləcəyini bilmək üçün uşağın fəaliyyətini müşahidə etmək vacibdir.Təqdimatı məntiqi ardıcıllıqla daha asanddan daha mürəkkəbə doğru veririk.
Valideyn və müəllimin vəzifəsi uşaqların öyrənməyə olan marağını tapmaq və saxlamaqdır.Uşağın inkişaf mərhələsinin tanınması da buna kömək edir. Onun fəaliyyətini izləyirik və inkişaf mərhələsində uşağın fərdi ehtiyaclarını ödəyəcək şəkildə mühiti hazırlayırıq.Uşağın müstəqil öyrənmə prosesinə müdaxilə etmədən öyrədirik.Böyüklərdən çox səbr və s. tələb edir və hər şeyə hazır olmalıyıq.Məs: Uşaq dərsi korlaya,qarışıqlıq yarada bilər,səliqə yaratmaqdan imtina edə bilər.Müəllim uşağın yığışdırmasına müdaxilə etməməli,kömək lazım olduqda yardım edə bilər.
M.Montessori “uşaqla ünsiyyətdə əlinizdən gələn hər şeyi etməyə çağırırdı”
“ uşaqda yalnız yaxşı tərəfləri görməyə çalışın və o zaman pisliyə yer qalmayacaq”