“Böyüklər olaraq işimiz öyrətmək deyil,uşağın zehninin inkişaf işində kömək etməkdir”
Bir neçə əsr əvvəl Yan Komenski eyni sinifdə və eyni müəllimdə oxuyan çoxlu şagirdi bir sinifə yerləşdirərək pedaqogikada bir inqilab etmişdi.Bu yeni təhsil sistemi idi: təhsili kütləvi etmək üçün rahat dərs. O vaxtdan bəri biz fərqli bir şəkildə öyrənməyin mümkün olduğunu təsəvvür etmirdik.Ancaq zaman dəyişir.Təhsilin məzmunu o vaxtdan fərqli olmuşdur.Digər tələblər məktəb məzunlarınızın şəxsiyyətinə həyatda və cəmiyyətdə təqdim olunur.Ənənəvi məktəb bu işin öhtəsindən gəlmədikdə,repetitor lara üz tuturuq və cüt pedaqogikaya qayıdırıq.Bunun yaxşı təhsil almağın ən etibarlı yolu olduğunu hesab edirdik.
Lakin, XX əsrin əvvəllərində yeni bir inqilab baş verdi pedaqogikada,hansı ki, heyrətamiz qadın ,italyanlı M.Montessori etdi.Əla tibbi,fəlsəfi,psixoloji təhsil alaraq,çox təcrübə keçirib və məktəbəqədər uşaqların inkişafını müşahidə edərək,qrup halında fərdi öyrətmə yolu tapmışdı.Təlim hər bir uşaq üçün nəinki çox dərin ,keyfiyyətli,optimal olur, həm də, əlavə şəxsiyyət effektləri yaranır.Uşaqlar sərbəst,bacarıqlı və sosial təmasla böyüyürlər.