Maria Montessori

Home » Maria Montessori

Mariya Montesori.

Həyatı

Mariya Montessori
Həyatı. Fəaliyyətı...
1870-1952

Mariya Montessori 31 avqust 1870-ci il İtaliyanın Kiarvil şəhərində kiçik dindar ailədə doğulmuşdur.Atası Mari Alessandro yüksək vəzifəli dövlət məmuru olub,anası isə elm insanlarının üstünlük təşkil etdiyi ən qədim italyan Stopkan ailəsindən idi.Mariyanın uşaqlığından çox şey məlum deyil: o,ailənin yeganə uşağı olub və onun valideynləri əllərindən gələni ediblər ki, o yaxşı təhsil alsın və gələcəkdə ali bir insan taleyi yaşasın.Sərt katolik İtaliyada bu bir qadının mövqeyinə uyğun gəlmirdi.Hələ ibtidai məktəbdə olan Mariya təhsilin və imtahanların onun üçün asan olduğunu fərq etmişdi.Riyaziyyat və digər təbiət elmlərində xüsusi istedadlıydı.12 yaşında qadınların girişi qadağan edilən bir gimnaziyada oxumaq arzusunda idi.Onun əzmi bütün maneələri dəf etdi və gənclər üçün texniki məktəbə daxil oldu.

Mariyanın arzusu pediatr peşəsi idi. O,zamankı İtaliyaya görə onun arzusu praktiki olaraq gerçəkləşməzdi.Tibb sahəsi kişi imtiyazı hesab edilirdi.Ancaq Mariya Montessori heç bir maneə ilə dayandırılmadı,Roma universitetinin tibb fakultəsinə daxil oldu və 2ildən sonra təkcə fizika və riyaziyyat deyil,tibbi bütünlüklə öyrənmək hüququ aldı.O,İtaliyada ilk qadın həkim olanda onun 26 yaşı var idi.

Romaya qayıdan Mariya universiteti sinir və ruhi xəstəliklər tibb mərkəzində həkim köməkçisi olaraq işə başladı.Klinikada o,bir neçə dəfə əqli geriliyi olan uşaqların müalicəsini müşahidə etməli olmuşdur.Uşaqlar heç bir şeylə məşğul olmurdular və onların oynamaq və manipulyasiya etmək üçün heç bir şeyləri yox idi.Onlar dünyadan təcrid olmuşdular və onlar Mariyaya kiçik əsir kimi görünürdülər.

1898ci il 31 martda onun yeganə oğlu Mario dünyaya gəlmişdir.

1898ci ildə M.Montessori ibtidai sinif müəllimləri turnirində qurultayda iştirak etmişdi.O, öz çıxışında belə problemli uşaqların tibbdən çox peqadoji xarakter daşıdığını bəyan etdi.Bu çıxış rəhbərlikdəkilərdə təssurat yaratdı və Mariyanın rəhbərliyi altında xüsusi müəllimlərin hazırlanması üçün ARTOFENT UNİVERSİTETİ  yaratdılar.

1898 ci ildən o, xəstə uşaqlarla işləməyə başlayıb.Montessori fransız psixoloqlarının QASPAR İTARDIN və EDUARD SEGENİN kitablarını öyrənməyə məcbur edən BOURNİVELLE UNİVERSİTETİNİ ziyarət etmək üçün Parisə getməyə qərar verir.İtardın və Sergenin tələbələri əqli geriliyi olan uşaqlar idi.Onlarla uğurla işləmək üçün sensimator hərəkətlər üçün bahalı materiallar yaratdılar.Onlar işə qadir deyildilər.Bu psixoloji vasitələr bütün dünya psixoloqları istifadə etmişdilər və çətin ki, mütəxəssislərdən kiməsə Segenin “lövhələrini və çərçivələrini”izah etməyə ehtiyac olar.Mariya üçün İtard və Segenin işlərini öyrənmək gələcəkdə nə ilə məşğul olacağının cavab idi.

O,İtardın və Segenin kitablarını italyan dilinə tərcümə etmişdi və müəllifin ruhunu hiss etmək üçün və hər kəliməni qavramaq üçün tərcümələrdə əlyazma üsulundan istifadə etmişdir.Uşaq psixologiyasını və pedaqogikasını öyrənmək Mariyanı əqli geriliyi olan uşaqların probleminin yalnız tibbi problem deyil, həm də pedaqoji problem olduğu fikrinə gətirib çıxartdı.Belə uşaqlarla xəstəxanada deyil, məktəbdə işləmək lazım olduğunu düşünürdü.O, diqqətini xəstə uşağın ətrafındakı əşyaya və bu əşyanın onun zehin qabiliyyətinin inkişafına necə təsir etdiyinə cəmləşdirdi.Tam olaraq bu vaxt Montessori müdirə olmağa razılq verdi.O,ilk dəfə əqli geriliyi olan uşaqlara xüsusi inkişafetdirici mühit yaratmağa çalışdı.O,Segenin didaktik materialları ilə çox işləyir,uşaqlara yazmağı və oxumağı öyrətmək üçün məsuliyyətli üsul yaratmağa çalışırdı. Dövlət imtahanlarında bu uşaqlar adi uşaqlardan uğurlu olurdular və Mariya anlayırdı ki, məktəblər insan potensialını inkişaf etdirmir.Onun məktəbəqədər uşaqlarda yazma və oxuma tezliyi ilə bağlı göstəricisi əsl inqilab idi.Montessori sağlam uşaqlarla işləmə üsulu ilə çox maraqlanır və təhsilini daha da davam etdirmək qərarına gəlir.Bu dəfə o,sağlam uşaq inkişaf pedaqogikasını oxuyur.

1900 cü ildə Montessori qadın hüquqları və uşaq əməyinə qarşı London Konqresində çıxış etmişdi.

1904 cu ildə Romada Antropologiya universitetinin şöbə müdiri təyin edildi.Hansı ki, pedaqoji sahədə müxtəlif antropoloji tədqiqatlar aparılır.Bu vaxtlarda onun öz pedaqogikasının formalaşması gedir.

1900-1907 ci illərdə Mariya sosial islahatlarda iştirak edir.

Məktəbə girişi mümkün görünmürdü.1907 ci ildə belə məlumatları əldə etmək imkanı Romanın San Lorenzo məhəlləsindəki evlərin bərpası zamanı ortaya çıxdı.Böyüklərin nəzarəti altında 6 yaşdan kiçik uşaqları qorumaq üçün məktəb mərtəbəsinə yerləşdirildi.Mariya özünə sual verdi “o,belə uşaqlarla işləyə bilərmi?”

6 yanvarda Romada Via de Marsi 58 ünvanında UŞAQ EVİ açıldı CASA DE BAMBİNİ (Onun çıxışını ELMİ PEDAQOGİKA kitabında oxuya bilərsiniz) O,uşaq bağçasının rəhbəri oldu. O, bağçanı elə təchiz elədiki müxtəlif yaşdakı uşaqlara rahat olsun.O,sensimator materiallar sifariş etdi və uşaqların necə diqqətlə məmnuniyyətlə işlədiklərini müşahidə edirdi.Bu dərslər zamanı uşaqların mehriban mühitdə ətrafdakılara böyük maraq göstərdikləri üçün pozitiv sosial davranışlar inkişaf etdirdiklərini fərq etdi.1909 cu ildən Montessori metodu fəal şəkildə hər yerdə tətbiq edildi.Montessori kursları açılır,Mariyanın yanına Londondan,Barselonadan,Parisdən pedaqoqlar gəlirdilər.

1909 cu ildə o, öz açılışlarından “uşaq evində istifadə olunan elmi pedaqogika metodu” adlı kitabında yazmışdı.

Bu kitabı həmən 20 dilə tərcümə etdilər.2ildən sonra 1911 ci ildə Rusiyada bu kitabı pedaqogika metodu olan körpələr evi adı altında oxunurdu.

1910 cu ildə” ANTROPOLOGİYA PEDAQOGİKASI” adlı işi olmuşdur.

1913 cü ildə Romada ilk beynəlxalq kurs keçirildi.Bu kursa dünyanın bütün ölkələrindən tələbələri gəlmişdilər.1913 cü ildə ABŞ-a səyahət.Mariya Amerikanı fəth edir.Həmin ildə telefon ixtiracısı Aleksandr Bell və onun həyat yoldaşı Vaşinqtonda Montessori təhsil dərnəyi qurdular.Qəyyumçu isə ABŞ prezidenti Vilsonun qızı idi.2 ci ABŞ səyahətində Montessori Korneqi HALL-da çıxış edib və” Panama Sakit okean təsil sərgisində “ 2 qızıl medal alır.

1915 ci ildə Los Angelesdə beynəlxalq kurs keçirilir.Bundan sonra Avropa onun işlərini tanıyır.1922 ci ildə İtaliya höküməti onu məktəblərin dövlət müfəttişi təyin edir.Avropada Montessori metodu get gedə çiçəklənir.Londonda pedaqoq hazırlama kursları açıldı.

1929 cu ildə Montessori  Beynəlxalq Assosiasiya   (AMİ) yaradıldı.

1931 ci ildə Qandi Montessoriyə razılığını bildirərək deyibki “ yalnız yeni təhsil dünyaya sülh və sevgi yarada bilər” Montessori Jan Piansla  dostluq edirdi.Freyd isə deyirdi “hardaki Montessori var, mən orda lazım deyiləm”

1934 cü ildə İtaliyada onun metodu qadağan olundu,çünkü o faşizmin siyasi baxışlarıyla razılaşa bilmirdi.O, Ispaniyaya sonra İngiltərəyə dah sonra isə Niderlanda yollandı.Amerikadakı dostları onu öz ölkələrinə köçməyi təklif edirdilər,ancaq o , hansısa ölkəyə bağlı qalmaq istəmirdi.O,özünü dünya insanı hesab edirdi. II dünya müharibəsi onu İngiltərədə yaxaladı.Montessori həmin dövrdə insanlara müraciət etmişdi “sivilizasiyanın diqqət mərkəzində olan yetkin problemimiz var.Əgər səlahiyyətlilər baxışlarını uşaqlara,onların ruhuna yetirsələr biz dinc dünya yarada bilərik.Təhsil dünyanın silahıdır”

1929 cu ildə Montessori Beynəlxalq Assosiasiya (AMİ) yaradıldı.

1931 ci ildə Qandi Montessoriyə razılığını bildirərək deyibki “ yalnız yeni təhsil dünyaya sülh və sevgi yarada bilər” Montessori Jan Piansla dostluq edirdi.Freyd isə deyirdi “hardaki Montessori var, mən orda lazım deyiləm”

1934 cü ildə İtaliyada onun metodu qadağan olundu,çünkü o faşizmin siyasi baxışlarıyla razılaşa bilmirdi.O, Ispaniyaya sonra İngiltərəyə dah sonra isə Niderlanda yollandı.Amerikadakı dostları onu öz ölkələrinə köçməyi təklif edirdilər,ancaq o , hansısa ölkəyə bağlı qalmaq istəmirdi.O,özünü dünya insanı hesab edirdi. II dünya müharibəsi onu İngiltərədə yaxaladı.Montessori həmin dövrdə insanlara müraciət etmişdi “sivilizasiyanın diqqət mərkəzində olan yetkin problemimiz var.Əgər səlahiyyətlilər baxışlarını uşaqlara,onların ruhuna yetirsələr biz dinc dünya yarada bilərik.Təhsil dünyanın silahıdır”

1939 cu ildə Hindistanda Teosofiks kursuna dəvət olunur.

1940 cı ildə İtaliyada müharibəyə daxil olur.İtalyanlı olaraq olaraq Montessori Karacidə təcrid olunmuşdu.Onun 70 illiyinə hədiyyə olaraq oğlu Mario qayıtdı ona.Orda oğluyla birgə 7 il kecirmişdi.O, Karacidə məktəb açdı.Mariya deyirdi ki, təkcə bu ölkənin insanları ruhən hazır idilər onun metoduna.Burda o,metodunun növbəti pilləsini qurdu, 6-12 yaş uşaqlarçün.

1946 cı ildə o,Avropaya qayıdır.

1949 cu ildə İtaliyada San Remo  beynəlxalq konqresi (Uşağın bütün dünyada vacibiyyəti) Montessori təkcə pedaqogikada yeni istiqamət yaratmayıb, həm də böyükləri uşaqların başqa olduğunu görməyə məcbur edib.

1950 ci ildə Amsterdam Universiteti ona “ Doctor Honoris Causa” dərəcəsi verir.

1951 ci ildə Londonda beynəlxalq konqresdə onun son ictimaiyyət qarşısında çıxışı olmuşdur.

1952 ci il 6 may Niderland da Nordviyk şəhərində vəfat etmişdir.Onun qəbir daşında belə yazılıb: “ Mən bütün qüdrətli uşaqları insanda dünya, dünya içində dünya  qurmaq üçün mənə qoşulmaqlarını dəvət edirəm.

İlk Montessori cəmiyyəti ABŞ-da yaranıb(1915) Hollandiya(1917) Argentina(1927) İsveçrə (1932) İngiltərə (1933) Hindistan (1940) Pakistan (1949)

Onun oğlu Mario ölümünə qədər (1982) AMİ-yə rəhbərlik edib.AMİ halhazırda Almaniyada ,İtaliyada, Fransada,Rusiyada,Çində,Yaponiyada və s ölkələrdə var.

1988 ci ildə UNESCO-nun qərarı ilə onun adı XX əsrin pedaqoji düşüncə tərzini müəyyənləşdirən 4 pedaqoq siyahısına daxil edilib. C.DUİ,Q.KERŞENŞTEYN,M.MONTESSORİ,A.MAKARENKO.

Montessorinin portreti 1000 liri bəzəyir.Bu dünyada ilk pedaqoq portireti əks olunan yeganə pul vahididir.