3-6 yaş qrup... Qrupun məqsədi
3-6 yaşlı Montessori qrupu uşaqların təbii inkişafını dəstəkləmək və müəyyən bir yaşda onların potensial və imkanlarını reallaşdırmaq (gerçəkləşdirmək) üçün nəzərdə tutulmuşdur. Bu qrupa qoşulmaq , proqramın müvəffəqiyyətlə mənimsənilməsi üçün vacib olan bəzi bacarıqlar: danışıq qabiliyyəti, özünəxidmət vərdişləri, ünsiyyət yaratmaq bacarığı, müəlliməyə qulaq asmaq üçün diqqət və s. tələb olunan şərtlərdir.Vacib amillərdən biri valideynin Montessori metoduna marağıdır.Uşağın sinfə qəbul edilməsinin mümkünlüyü ilə bağlı son qərarı müəllim valideynlərlə söhbət etdikdən və uşaqla görüşdükdən sonra verir.
Birinci 2-3 həftə uşaq adaptasiya( öyrəşmə) prosesi keçir. Uşaq ən sadə materialla işləyir.
Onlar gələcək mürəkkəb bilikləri — yazı, oxu, riyaziyyatı mənimsəməyə hazırlaşırlar. Buna görə də biz 5 yaşdan yuxarı uşaqları sinfə qəbul etmirik — təəssüf ki, Montessori 3-6 proqramını tam mənimsəmək üçün məktəbə
çox az vaxt qalır. Bizim mərkəzimizdə uşaq məktəbə tələsmədən, öz təbii sürəti ilə 3-4 yaşdan hazırlaşır. İstisna daha əvvəl Montessori dərsində iştirak etmiş uşaqlardır