Casa. 3-6 yaş

Home » Casa. 3-6 yaş
Ru En

Casa

Məktəbəqədər təhsil

3-6 yaş qrup... Qrupun məqsədi

3-6 yaşlı Montessori qrupu uşaqların təbii inkişafını dəstəkləmək və müəyyən bir yaşda onların potensial və imkanlarını reallaşdırmaq (gerçəkləşdirmək) üçün nəzərdə tutulmuşdur. Bu qrupa qoşulmaq , proqramın müvəffəqiyyətlə mənimsənilməsi üçün vacib olan bəzi bacarıqlar: danışıq qabiliyyəti, özünəxidmət vərdişləri, ünsiyyət yaratmaq bacarığı, müəlliməyə qulaq asmaq üçün diqqət və s. tələb olunan şərtlərdir.Vacib amillərdən biri valideynin Montessori metoduna marağıdır.Uşağın sinfə qəbul edilməsinin mümkünlüyü ilə bağlı son qərarı müəllim valideynlərlə söhbət etdikdən və uşaqla görüşdükdən sonra verir.
Birinci 2-3 həftə uşaq adaptasiya( öyrəşmə) prosesi keçir. Uşaq ən sadə materialla işləyir. Onlar gələcək mürəkkəb bilikləri — yazı, oxu, riyaziyyatı mənimsəməyə hazırlaşırlar. Buna görə də biz 5 yaşdan yuxarı uşaqları sinfə qəbul etmirik — təəssüf ki, Montessori 3-6 proqramını tam mənimsəmək üçün məktəbə çox az vaxt qalır. Bizim mərkəzimizdə uşaq məktəbə tələsmədən, öz təbii sürəti ilə 3-4 yaşdan hazırlaşır. İstisna daha əvvəl Montessori dərsində iştirak etmiş uşaqlardır

Dərslərin məqsədi

01.

Müstəqillik

Uşağın funksional müstəqilliyinə və özünü idarə etməsinə nail olması.

02.

Ünsiyyət

Həmyaşıdları və böyüklərlə konstruktiv ünsiyyət qurmaq bacarığı.

03.

Məktəbə hazırlıq

Məktəbə hazırlıq Yaradıcılığın inkişafı. Müstəqillik və təşəbbüskarlıq. Özünə hörmət və özünə inam. Mental cəhətdən yetişmə. Özünü idarə etmə bacarığı.

3 - 6 yaş

Casa

3 - 6 yaş

Casa

3 - 6 yaş

Casa

3 - 6 yaş

Casa

İnkişaf proqramı və uşaqlarla iş

Praktik həyat məşqləri ( özünə qayğı, ətraf mühitə qayğı)
Sensor inkişaf
Riyaziyyatın əsaslarını öyrənmək,riyazi təfəkkürlər tapmaq
Dil inkişafı
Oxuma
Mədəniyyətin əsaslarını öyrənmək, ətraf dünyanı tanıma, musiqi inkişafı
Yaradıcılıq
Sosiallaşma,cəmiyyətdə ünsiyyət və davranış bacarıqları

Casa

3 — 6 Yaşlı

Bazar ertəsiç — Cümə.
Həftədə 5 gün.
3 Saat.
10.00-13.00

380 Manat aylıq.

Bazar ertəsiç, Çərşənbə, Cümə.
Həftədə 3 gün.
10.00-13.00

280 Manat aylıq.